İran rəsmisi: Müharibədən sonra Tehran daha güclü mövqedədir
İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, Tehranın beynəlxalq statusu son müharibədən sonra artıb və bu, Çin tərəfindən də etiraf edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Nazir qeyd edib ki, danışıqlar zamanı tərəflər müharibə və onun dayandırılması yolları, İranın nüvə proqramı, sanksiyalar, ikitərəfli əməkdaşlıq və Hörmüz boğazı ətrafındakı vəziyyəti müzakirə ediblər.
Əraqçinin sözlərinə görə, Iran öz imkanlarını və gücünü sübut edib və bu, digər ölkələrlə əməkdaşlığın yeni mərhələsini açır.
17:20 06.05.2026
Oxunuş sayı: 43