Dubay hava limanında sərnişin axını kəskin azalıb
Xarici turistlərin kəskin azalması Dubayı ekzistensial böhranla üz-üzə qoyub.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı Britaniyanın “Middle East Eye” nəşri yayıb.
Məlumata görə, Dubay beynəlxalq hava limanında ilin birinci rübündə təxminən 2,5 milyon sərnişin azalması qeydə alınıb.
Hesabatda qeyd olunur ki, turizm göstəricilərindəki bu eniş şəhər iqtisadiyyatı üçün “ekzistensial böhran” kimi qiymətləndirilir.
16:17 06.05.2026
Oxunuş sayı: 50