Mirzoyan: Türkiyə ilə əla dialoqumuz var
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə münasibətlər barədə danışıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
"Türkiyə ilə əla dialoqumuz var. Məsələn, dünən nümayəndələrimiz Türkiyə ilə Ermənistan sərhədində yerləşən tarixi Ani körpüsünün birgə bərpası ilə bağlı memorandum imzaladılar. Aramızda uçuşlar başlayıb, lakin sərhəd əsasən bağlı qalır. Lakin bəzi razılaşmalar artıq həyata keçirilir, bəziləri hazırlıq mərhələsindədir, digərləri isə hələ də həyata keçirilməyib", - deyə Mirzoyan bildirib.
15:30 06.05.2026
Oxunuş sayı: 44