Əraqçi çinli həmkarı ilə Yaxın Şərqdəki məsələləri müzakirə edib
İran xarici işlər naziri Abbas Əraqçi çinli həmkarı Vanq Yi ilə danışıqlar zamanı Yaxın Şərqdə yeni təhlükəsizlik strukturunun yaradılmasının zəruriliyindən danışıb.
Crossmedia.az xarici kiv-ə istinadən xəbər verir.
O, qeyd edib ki, Tehran Çin prezidenti Si Cinpinin Yaxın Şərqdə sülh və sabitliyin möhkəmləndirilməsi üçün irəli sürdüyü təklifləri yüksək qiymətləndirir və dəstəkləyir. Diplomatın sözlərinə görə, İran Çinin mövqeyini, konstruktiv yanaşmasını və vəziyyətin gərginliyinin azaldılması üçün yorulmaz səylərini dəstəkləyir.
Əraqçi qeyd edib ki, Pekin İran üçün strateji tərəfdaşdır.
15:16 06.05.2026
Oxunuş sayı: 52