Simonyan: Ermənistan Rusiya ilə münasibətlərdə diz çökmüşdü
Ermənistan Rusiya ilə münasibətlərdə diz çökmüşdü.
Crossmedia.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
"Ermənistanın Rusiyaya göz dikərkən milli maraqlarını təmin etməsi yanaşması səhvdir. Ermənistan öz təhlükəsizliyini təmin edir və öz siyasətini yürüdür", - deyə Simonyan jurnalistlərə Ermənistanda Avropa tədbirlərinin keçirilməsinin Rusiya ilə münasibətlərə təsirini şərh edərkən bildirib.
"Gəlin seçim edək: ya diz çöküb, Rusiyanın və ya Fransanın çəkmələri altında yaşayaq, ya da kiçik ölkəmizin ağası olmağa çalışaq. Biz bir böyük qardaşı digəri ilə dəyişdirmirik", - deyə o əlavə edib.
"Bütün siyasi vəziyyətimiz Rusiya ilə koordinasiya olunmuşdu", - Simonyan bildirib.
15:08 06.05.2026
Oxunuş sayı: 49