Tehranda ticarət mərkəzində böyük yanğın baş verib
Tehranın qərbindəki "Argavan" Ticarət Mərkəzində böyük yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 11 nəfər ölüb, daha 26 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Yanğının səbəbi hələlik müəyyən edilməyib.
13:46 06.05.2026
Oxunuş sayı: 44