Pakistan Baş naziri ABŞ prezidentinə təşəkkür edib
Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ prezidenti Donald Trampa Hörmüz boğazında “Project Freedom” əməliyyatının dayandırılması qərarına görə təşəkkür edib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Şərif bu addımı Pakistan və digər ölkələrin, xüsusilə Səudiyyə Ərəbistanı və vəliəhd şahzadə Məhəmməd bin Salmanın ortaq istəyinə verilmiş mühüm cavab kimi qiymətləndirib.
Onun sözlərinə görə, bu qərar regionda sabitliyin və sülhün güclənməsinə töhfə verəcək. Pakistanın baş naziri həmçinin ölkəsinin dialoq və diplomatiya yolu ilə münaqişələrin həllinə sadiq olduğunu vurğulayıb.
12:34 06.05.2026
Oxunuş sayı: 48