Əmək bazarı çağırışları və kadr hazırlığı problemləri – Ekspert RƏYİ
Azərbaycanda əmək bazarının çağırışları son dövrlərdə daha çox diqqət çəkməyə başlayıb, xüsusilə işsizlik və peşəkar kadr hazırlığı sahəsindəki problemlər gündəmə gəlir. Müasir iş bazarının tələblərinə cavab verən kadrların çatışmazlığı və təhsil sistemindəki boşluqlar bu məsələlərin başlıca səbəbləri kimi qeyd olunur.
HR mütəxəssisi Nigar Təmrazova mövzu ilə bağlı Crossmedia.az-a bildirib ki, işsizliklə mübarizə üçün hazırda dövlət çox yaxşı bir layihə həyata keçirir. Məşğulluq xətti ilə işsiz vətəndaşların tam ödənişsiz təlimlərə cəlb edilməsi və daha sonra onların işlə təmin edilməsi, özəl sektorlarda isə işə qəbul şərtlərinin yumşaldılması və yeni məzunlara, təcrübəsiz şəxslərə üstünlük verilməsi vacibdir.
Mütəxəssis açıqlamasında hazırda ən çox tələb olunan sahələrin İT, dizayn, satış, marketinq, maliyyə və insan resursları olduğunu qeyd edib.
İşə qəbul zamanı ən çox tələb olunan bacarıqlara gəldikdə isə, Nigar Təmrazova yumşaq bacarıqlardan çeviklik, adaptasiya, yüksək öyrənmə qabiliyyətini, sərt bacarıqlardan isə namizədin təhsilini, iş təcrübəsini və iştirak etdiyi təlimləri önə çəkib.
Gültac Mehdizadə
15:19 13.12.2024
Oxunuş sayı: 6483