Yazıçılar Birliyinin mətbuat katibi QƏZAYA DÜŞDÜ
Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rzazadə Göyçayda qəzaya düşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında paylaşım edib.
“Dünən Göyçayda qəzaya düşdük... Allah saxladı. Yarım metr fərqlə hər şey başqa cür olardı”, - deyə o paylaşımında bildirib.
X.Rzazadənin paylaşdığı fotolardan hadisə zamanı idarə etdiyi maşının yararsız hala düşdüyü görünür.
15:01 27.04.2026
Oxunuş sayı: 847