19-cu mərtəbədən yıxılan qız öldü
Ötən gecə paytaxtın Səbail rayonunda faciəvi hadisə baş verib.
Crossmedia.az xəbər verir ki, saat 22 radələrində 2007-ci il təvəllüdlü Zeynəb Toğrulovna Əliyeva yaşadığı A.Abbaszadə küçəsi 17 ünvanındakı 20 mərtəbəli binanın 19-cu mərtəbəsinin dəhlizindən yıxılıb. O, hadisə yerində ölüb.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
14:28 27.04.2026
Oxunuş sayı: 200