Donald Tramp: "Ağ Evdə rəsmi qəbul zalı olsaydı, sui-qəsd baş verməzdi"
ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı "Hilton" otelində baş vermiş atışma hadisəsindən sonra maraqlı bəyanatla çıxış edib.
Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Tramp bildirib ki, Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyi zamanı baş verən bu insidentin qarşısını almaq olardı.
Onun sözlərinə görə, əgər Ağ Evin ərazisində hazırda inşası davam edən "yüksək təhlükəsizlikli" xüsusi qəbul zalı hazır olsaydı, belə bir hadisə yaşanmazdı. Tramp vurğulayıb ki, yeni tikilən obyekt maksimum mühafizə səviyyəsinə malik olacaq və kənar şəxslərin içəri daxil olmasını qeyri-mümkün edəcək. Xatırladaq ki, aprelin 25-də baş verən insident zamanı bir nəfər otelin foyesinə daxil olaraq atəş açıb, lakin Məxfi Xidmət əməkdaşları tərəfindən dərhal zərərsizləşdirilib.
21:10 26.04.2026
Oxunuş sayı: 53