SON DƏQİQƏ: Xəzərdə zəlzələ olub
Xəzər dənizində zəlzələ baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 07:36-da qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub.
Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.
11:55 26.04.2026
Oxunuş sayı: 96