18 kiloqramdan artıq narkotik vasitə aşkar olunub
Ötən gün narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, aprelin 24-də ümumi çəkisi 18,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
17:47 25.04.2026
Oxunuş sayı: 51