İkinci mərtəbədən yıxılan qadın ÖLDÜ
Binədə evinin 2-ci mərtəbəsindən yıxılan qadın 7 gün sonra ölüb.
Crossmedia.az xəbər verir ki, aprelin 17-də 1970-ci il təvəllüdlü Sədaqət Cabir qızı Əsgərova yaşadığı Binə qəsəbəsindəki evin 2-ci mərtəbəsindən yıxılaraq xəsarət alıb.
Xəstəxanaya yerləşdirilmiş S.Əsgərova aprelin 24-ü orada ölmüşdür.
Araşdırmalar aparılır.
11:27 25.04.2026
Oxunuş sayı: 84