Pentaqon rəhbəri İrana xəbərdarlıq edib
ABŞ "Epik Qəzəb"i Tehrana maksimum təzyiqi nəzərdə tutan "İqtisadi Qəzəb Əməliyyatı" ilə tamamlayıb.
Crossmedia.az xəbər verir ki, bunu ABŞ Müharibə naziri (Pentaqon rəhbəri) Pit Heqset deyib.
O izah edib ki, bu, İran hökumətinin bank əməliyyatlarının və maliyyə aktivlərinin bloklanmasını gücləndirməyi də əhatə edir.
Heqset,həmçinin Vaşinqtonun bombardman kampaniyasını genişləndirməyə hazır olması barədə İranı xəbərdar edib.
19:25 16.04.2026
Oxunuş sayı: 47