NATO-dan sərt bəyanat: Moskvanın strateji planları iflasa yaxınlaşır
NATO-nun Baş katibi Mark Rutte bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynada qələbə qazanması artıq real görünmür.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Mark Rutte vurğulayıb ki, Rusiya iqtisadiyyatı ciddi təzyiq altındadır və mövcud vəziyyət Kremlin uzunmüddətli məqsədlərini daha da çətinləşdirir.
“Qələbə qazanmaq artıq Putin üçün uzaq bir xəyaldır. O, iqtisadiyyatının pis vəziyyətdə olduğunu anlayır”, – deyə NATO rəhbəri qeyd edib.
17:47 16.04.2026
Oxunuş sayı: 51