ABŞ-dan İrana çağırış: Nüvə proqramından imtina et
ABŞ-nin müdafiə naziri Pit Heqset İranı nüvə proqramından könüllü şəkildə imtina etməyə çağırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, Tehran bu addımı atarsa, regionda gərginliyin azalmasına və diplomatik münasibətlərin yaxşılaşmasına şərait yarana bilər.
Nazir vurğulayıb ki, ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qətiyyətlidir və bu məsələ Vaşinqton üçün prioritet olaraq qalır.
17:08 16.04.2026
Oxunuş sayı: 50