İran gəmiləri Hörmüzdə blokadanı aşmaq üçün yeni marşrut tapıb
İrana məxsus gəmilər ABŞ-nin Hörmüz boğazındakı nəzarət və məhdudiyyətlərini aşmaq üçün yeni hərəkət marşrutu müəyyənləşdirib.
Crossmedia.az bu barədə "Bloomberg" ə istinadən xəbər verir.
Məlumata görə, gəmilər əvvəlcə Fuceyra (BƏƏ) sahillərinə yaxınlaşır, daha sonra şimal-şərq istiqamətində İran sahillərinə doğru hərəkət edir.
Bundan sonra isə marşrut dəyişdirilərək şimala – Hörmüz istiqamətinə yönəldilir və gəmilər Larak adası ilə Qeşm adası arasından keçərək Fars körfəzinə daxil olur.
Qeyd olunur ki, bu taktika vasitəsilə İran gəmiləri bölgədəki nəzarət tədbirlərindən yayınmağa çalışır.
15:12 16.04.2026
Oxunuş sayı: 64