Hörmüz boğazının adı Tramp boğazı olacaq?
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazına öz adının verilməsi ideyasının mümkün olmamasından təəssüfləndiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, bölgə həm "Hörmüzün boğazı" , həm də "Hörmüz boğazı" kimi adlandırıla bilər və bu barədə fikir soruşduqda hər iki variantın qəbul oluna biləcəyi cavabını aldığını deyib.
Lakin Tramp, boğazın “Tramp boğazı” adlandırılmasının mümkün olmadığını öyrəndiyini və bu ideyanı bəyənmədiyini qeyd edib.
15:05 16.04.2026
Oxunuş sayı: 52