Ermənistanda siyasi gərginlik: Bu partiyanın üzvləri saxlanıldı
Ermənistanda rusiyalı iş adamı Samvel Karapetyan ilə əlaqələndirilən “Güclü Ermənistan” partiyasının tərəfdarlarının saxlanıldığı bildirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, partiyanın üzvü, konstitusiya hüququ üzrə ekspert Qohar Meloyan sosial şəbəkədə açıqlama yayaraq, səhər saatlarından etibarən təşkilata qarşı əməliyyatlar aparıldığını iddia edib.
Onun sözlərinə görə, axtarışlar zamanı bir neçə tərəfdar və seçici siyahısında adı olan bir qadın saxlanılıb. Meloyan bu addımları siyasi təzyiq kampaniyası kimi qiymətləndirib.
Hadisə ilə bağlı rəsmi qurumlardan hələlik açıqlama verilməyib.
14:50 16.04.2026
Oxunuş sayı: 92