Gecikmək olmaz! Zelenskidən Avropaya sərt xəbərdarlıq
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın xarici siyasət prioritetləri ilə bağlı mühüm açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, Avropa İttifaqı üzvlüyü Ukrayna üçün olduqca vacibdir və Kiyev bu istiqamətdə ciddi şəkildə irəliləmək istəyir. Zelenskinin sözlərinə görə, NATO-ya qoşulmaq ehtimalı isə daha aşağıdır.
Ukrayna lideri qeyd edib ki, bu məsələdə ABŞ-ın böyük təsiri var və Vaşinqton bu prosesi tam dəstəkləmir. Onun sözlərinə görə, təkcə ABŞ deyil, digər bəzi tərəflər də NATO üzvlüyünə ehtiyatla yanaşır.
Zelenski vurğulayıb ki, Ukraynanın 800 minlik ordusu və texnoloji imkanları Aİ-ni daha da gücləndirə bilər. O əlavə edib ki, əgər Aİ gələcəkdə daha güclü olmaq istəyirsə, Ukraynanın üzvlüyünü uzun müddət təxirə sala bilməz.
14:31 16.04.2026
Oxunuş sayı: 91