Taker Karlson: Trampın dini xristianlıq deyil, İsrailizm yönümlüdür
ABŞ-li aparıcı Taker Karlson ABŞ siyasəti və dini təsirlər barədə sərt açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, ABŞ-nin rəsmi dini yoxdur və ölkə konstitusion olaraq dünyəvi dövlətdir. Lakin onun sözlərinə görə, siyasi elita və xüsusilə ABŞ prezidenti Donald Trampın mövqeləri “ənənəvi xristianlıqdan çox İsrailə dəstək mərkəzli yanaşmaya” yaxındır.
Karlson iddia edib ki, bu yanaşma “xristianlıqdan fərqli bir siyasi-dini istiqamət” kimi görünür və İsrailə dəstəyin ABŞ siyasətində çox güclü təsirə malik olduğunu vurğulayıb.
Qeyd edək ki, ABŞ Konstitusiyasına görə ölkə rəsmi olaraq dünyəvi dövlətdir və dövlət dini mövcud deyil.
13:42 16.04.2026
Oxunuş sayı: 60