Paşinyan: Mafiya ilə cərrahi yolla mübarizə aparmalıyıq
Ermənistan Baş naziri Nikol Paşinyan ölkədə korrupsiya və təşkilatlanmış cinayətkarlığa qarşı sərt mesaj verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Baş nazir bildirib ki, mafiya bir çox sahələrə yayılıb: Milli Məclisə, hökumətə, məhkəmələrə və istintaq orqanlarına qədər nüfuz edib.
Paşinyan qeyd edib ki, ədalətin təmin olunması üçün bu problemin “cərrahi yolla” həll edilməsi vacibdir və dövlətin bütün strukturlarında təmizlənmə aparılmalıdır.
12:42 16.04.2026
Oxunuş sayı: 69