Türkiyədə məktəb hücumları ilə bağlı 83 nəfər saxlanılıb
Türkiyədə son iki gün ərzində məktəblərdə baş verən silahlı hücumlarla bağlı genişmiqyaslı əməliyyat keçirilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Türkiyə Daxili İşlər Nazirliyi və Təhlükəsizlik Baş İdarəsinin məlumatına görə, hadisələrlə əlaqədar ümumilikdə 83 nəfər saxlanılıb.
Bildirilib ki, aparılan istintaq və kibertəhlükəsizlik tədbirləri çərçivəsində 940 sosial media hesabına giriş məhdudlaşdırılıb, həmçinin Telegram platformasında fəaliyyət göstərən 93 qrup bağlanıb.
Qurumlar qeyd edib ki, əməliyyatlar davam etdirilir və hadisələrlə bağlı əlavə şəxslərin müəyyən olunması istiqamətində iş aparılır.
12:15 16.04.2026
Oxunuş sayı: 105