ABŞ İrana qarşı yeni sanksiya paketi elan edib
ABŞ İran qarşı sanksiya siyahısını yenidən genişləndirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən yayılan məlumata görə, yeni siyahıya 9 tanker, 14 şirkət və 2 fiziki şəxs daxil edilib.
Bildirilir ki, sanksiyaya salınan gəmilərdən 6-sı Panama, 2-si Kamerun, 1-i isə Mozambik bayrağı altında üzür. Fiziki şəxslərin Hindistan və İran vətəndaşları olduğu qeyd olunur.
Şirkətlərin isə əsasən Birləşmiş Ərəb Əmirlikləri, Hindistan və Marşall adalarında qeydiyyatdan keçdiyi bildirilir.
Qeyd edək ki, bu addım aprelin 15-də Vaşinqtonun Tehrana qarşı tətbiq etdiyi genişmiqyaslı sanksiya paketinin davamı kimi qiymətləndirilir.
12:10 16.04.2026
Oxunuş sayı: 77