İsraildə təşviş - bu qədər arı haradan gəldi və nə baş verir?
İsraildə qeyri-adi hadisə baş verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
On minlərlə arıdan ibarət nəhəng sürü bir neçə bölgədə yaşayış məntəqələrini və hərbi obyektləri əhatə edib.
Məlumata görə, arı sürüsü bəzi ərazilərdə səmanı sarı bulud kimi örtüb, görünüşü məhdudlaşdırıb və əhali arasında təşviş yaradıb. Hadisə ilə bağlı ölkədə “arı xəbərdarlığı” elan edilib.
Bildirilir ki, vəziyyət İsrail Hərbi Hava Qüvvələrinin bəzi uçuşlarına da təsir göstərib və təhlükəsizlik səbəbilə bir sıra hərbi təyyarələrin uçuşları müvəqqəti dayandırılıb.
Rəsmilər arıların bu qədər kütləvi şəkildə toplanmasının səbəblərini araşdırır. İlkin ehtimallar arasında hava şəraiti və ekoloji dəyişikliklər göstərilir. Vətəndaşlara isə qapı və pəncərələri bağlı saxlamaq, açıq ərazilərdən uzaq durmaq tövsiyə olunub.
11:50 16.04.2026
Oxunuş sayı: 1105