Əgər münasibətinizin uğurlu olmasını istəyirsinizsə bu məqama bu diqqət edin - Numeroloq açıqladı
"Əgər münasibətin uğurlu və ya uzunmüddətli olmasını istəyirsinizsə, kişi partnyorun reenkarnasiya sayının qadın partnyordan az olması lazımdır".
Bunu Crossmedia.az-a geniş müsahibəsində Numeroloq və Karmik Numerologiya Mentoru İlhamə Xudiyeva deyib.
"Diqqət edin, burada kişi və qadının yaşından deyil, doğum tarixinə əsasən hesablanan reenkarnasiya sayından söhbət gedir. Əgər bir kişinin öz yaşı xanımından az və ya çox olmasından asılı olmayaraq, xanımın reenkarnasiya sayından azdırsa, bu münasibətin uzun müddətli və uğurlu olmasına səbəb olacaq. Bu hesablama və analizi isə mən şəxsi konsultasiyalara müraciət edənlər üçün tətbiq edirəm", - o bildirib.
05:16 14.04.2026
Oxunuş sayı: 55