Bu ay hansı bürclər üçün yaddaqalan olacaq?
"Bu ay ən çox Qoç bürcləri üçün yaddaqalan bir ay olacaq. Bununla yanaşı, Şir, Dolça, Balıq, Qız, Oxatan və Əkizlər bürcləri üçün də bu il ərzində həyatlarında köklü dəyişikliklər gözlənilir. Bürclər üzrə yanaşsaq, xüsusilə Günəşi Qoç bürcündə olanlar, yüksələni və ya Ayı Qoç olanlar üçün bu dövr dəyişikliklərlə yadda qalacaq. Eyni zamanda, xəritəsində Qoç bürcündə planet yerləşimləri olanlar və Saturnu Qoçda (1996-cı ilin mart ayından 1998-ci ilin aprel ayına qədər doğulan şəxslər) yerləşən şəxslər üçün də bu ay xüsusi əhəmiyyət daşıyır".
Bunu Crossmedia.az-a geniş müsahibəsində Numeroloq və Karmik Numerologiya Mentoru İlhamə Xudiyeva deyib.
"Ümumilikdə isə bu ayın son iki həftəsi və növbəti ayın ilk iki həftəsi daha gərgin keçə bilər. Bunun əsas səbəbi Qoç enerjisinin hazırda çox yüksək və aktiv olmasıdır. Hal-hazırda bu bürcdə stellium, yəni planet qruplaşması müşahidə olunur və bu da enerjini daha da gücləndirir. Qoç impulsiv, ani reaksiya verən və tez qəzəblənən enerji daşıdığı üçün gərgin hadisələrin baş vermə ehtimalı artır. Su elementinin də aktiv olması səbəbindən hazırkı dövrdə sellər, daşqınlar və sürüşmələr kimi təbiət hadisələrinin artması diqqət çəkir. Məsələn, Bakıda yağıntıların intensiv olması da təsadüfi deyil. Numerologiya baxımından da hazırda 14 enerjisinin aktiv olması balans və su mövzularını ön plana çıxarır. Hazırda bir çox insan zəlzələ ehtimalından narahat olsa da, daha yüksək ehtimal gərgin siyasi və ya hərbi hadisələr, eləcə də su ilə əlaqəli təbii fəlakətlərdir", - o bildirib.
03:06 14.04.2026
Oxunuş sayı: 46