Bild: ABŞ köhnə tanker təyyarələrini yenidən istismara qaytarır
ABŞ Hərbi Hava Qüvvələrinin İran ilə gərginlik fonunda itkilər səbəbindən uzun müddət istismardan çıxarılmış tanker təyyarələrini yenidən istifadəyə qaytardığı bildirilir.
Crossmedia.az "Bild" nəşrinə istinadən xəbər verir ki, mart ayında İraq ərazisində KC-135 tipli təyyarənin qəzaya uğraması və İranın Səudiyyə Ərəbistanı ərazisində yerləşən aviabazaya zərbəsi nəticəsində ən azı beş KC-135 tankerinə ziyan dəyib.
Bu səbəbdən ABŞ Arizonadakı Devis-Montan Hərbi Hava Qüvvələri bazası anbarında saxlanılan iki KC-135 təyyarəsini yenidən aktivləşdirir.
FlightGlobal-ın məlumatına görə, bu təyyarələr arasında 68 il əvvəl istehsal olunmuş 58-0011 quyruq nömrəli model də var. Hazırda hər iki təyyarə Yaxın Şərqə göndərilməzdən əvvəl texniki baxışdan keçirilir.
21:55 12.04.2026
Oxunuş sayı: 58