Düşmənləri Hörmüzdəki ölümcül burulğanlarda tələyə salacağıq -SEPAH
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazındakı gərginliyi daha da artıraraq, ABŞ və İsrailə qarşı sərt təhdidlərlə çıxış edib.
Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
SEPAH-ın dəniz qüvvələri tərəfindən yayılan bəyanatda bildirilir ki, boğazın bütün hərəkət marşrutları İranın tam nəzarəti altındadır və "düşmən hər hansı səhvə yol verərsə, özünü Hörmüzün ölümcül burulğanlarında (deadly vortex/whirlpools) tələyə düşmüş vəziyyətdə tapacaq".
22:43 12.04.2026
Oxunuş sayı: 60