Məsud Pezeşkian: İran ABŞ ilə razılığa hazırdır
İran prezidenti Məsud Pezeşkian bildirib ki, əgər ABŞ beynəlxalq normalara əməl etsə və Tehranın “qırmızı xətləri”ni nəzərə alsa, tərəflər arasında ədalətli razılıq mümkündür.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir
Onun sözlərinə görə, İranın əsas prioriteti xalqın milli maraqları və hüquqlarının qorunmasıdır. Pezeşkian vurğulayıb ki, rəsmi İran bölgədə sülh və davamlı təhlükəsizliyi təmin edəcək balanslı razılaşma əldə etməyə hazırdır.
21:34 12.04.2026
Oxunuş sayı: 662