İran XİN başçısı Pakistanda, az qala, dava edəcəkdi
İranın xarici işlər naziri Abbas Əraqçı Pakistanın paytaxtı İslamabadda keçirilən danışıqlarda çox gərgin və əsəbi davranıb.
Crossmedia.az bu barədə "New York Times" ə istinadən xəbər verir.
Məlumata əsasən, Əraqçı ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff ilə görüşdə kəskin söz mübahisəsinə girib. İddialara görə, tərəflər arasında gərginlik hətta fiziki qarşıdurma həddinə yaxınlaşıb.
Bildirilib ki, İran XİN başçısı Vitkoffa qarşı açıq narazılıq nümayiş etdirib, ona sərt münasibət göstərib. Buna baxmayaraq, hər iki tərəf diplomatik etiketi qorumağa çalışıb.
Gərginliyin əsas səbəbi kimi Hörmüz boğazı ilə bağlı fikir ayrılıqları göstərilir.
19:45 12.04.2026
Oxunuş sayı: 635