ABŞ və İran danışıqları nəticəsiz başa çatdı:Nümayəndə heyətləri İslamabadı tərk edib
ABŞ və İran nümayəndə heyətləri Pakistanın paytaxtı İslamabadda keçirilən danışıqlardan sonra ölkəni tərk ediblər.
Crossmedia.az bu barədə "Reuters"agentliyinə istinadən xəbər verir.
Məlumata görə, tərəflər arasında bazar günü başa çatan danışıqlara baxmayaraq, müharibənin dayandırılması ilə bağlı razılıq əldə olunmayıb. Bu isə mövcud kövrək atəşkəsin gələcəyini sual altına qoyur.
Qeyd olunur ki, 21 saat davam edən danışıqların uğursuzluğuna görə ABŞ və İran bir-birini günahlandırıb. Altı həftədən çox davam edən qarşıdurma minlərlə insanın həyatına son qoyub, qlobal iqtisadiyyata ciddi təsir göstərib və neft qiymətlərinin kəskin artımına səbəb olub.
19:13 12.04.2026
Oxunuş sayı: 53