Macarıstanda seçkilərlə bağlı saxtakarlıq iddiaları səsləndirilir
Macarıstanda keçirilən seçkilərlə bağlı müxalifətə yaxın media qurumları kütləvi saxtakarlıq iddiaları irəli sürüb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İddialara görə, Rumıniya nömrə nişanlı mikroavtobuslarla muzdlu şəxslər ölkəyə daşınır və onların hakim partiyanın xeyrinə səs verməsi təşkil olunur. Bu prosesin Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi siyasi qüvvəyə dəstək məqsədi daşıdığı bildirilir.
Məlumatlarda qeyd olunur ki, həmin şəxslər ikili vətəndaşlıq imkanlarından istifadə edilərək müxtəlif ünvanlarda, o cümlədən yarımçıq tikililərdə qeydiyyata alınır və daha sonra seçkilərdə iştirak etməyə yönləndirilir.
Bununla belə, yayılan məlumatlar hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.
19:00 12.04.2026
Oxunuş sayı: 51