Tramp Hörmüz boğazına blokada planını açıqladı
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı sərt qərarını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə "Truth Social” platformasında paylaşım edib.
O, bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri bundan sonra boğaza daxil olan və ya çıxmağa çalışan bütün gəmiləri blokadaya almağa başlayacaq.
Trampın sözlərinə görə, həmçinin beynəlxalq sularda İrana rüsum ödəyən gəmilər müəyyən ediləcək və ələ keçiriləcək. O vurğulayıb ki, qanunsuz ödəniş edən heç kim açıq dənizlərdə təhlükəsiz keçid gözləməməlidir.
ABŞ prezidenti əlavə edib ki, İran tərəfindən boğaza yerləşdirildiyi iddia edilən minaların da məhv edilməsi istiqamətində əməliyyatlara başlanacaq.
19:33 12.04.2026
Oxunuş sayı: 73