Diaspor

Estoniyadakı diaspor təşkilatının rəhbəri təltif olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Niyazi Hacıyev diaspor fəaliyyətində xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub.

Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev Komitədə Niyazi Hacıyevlə görüşərək medalı ona təqdim edib. Soydaşımızın Azərbaycan diasporunun inkişafı, ölkəmizin xaricdə tanıdılması istiqamətində fəaliyyətini yüksək qiymətləndirib, gələcək fəaliyyətlərində ona uğurlar arzulayıb.

Niyazi Hacıyev fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinin başçısına dərin minnətdarlığını ifadə edib. Bundan sonra da Avropada Azərbaycanla bağlı müsbət imicin formalaşması, Estoniyada yaşayan soydaşlarımızın bir araya gəlməsi və milli maraqlar uğrunda birgə fəaliyyət göstərməsi naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Niyazi Hacıyev daha öncə “Tərəqqi” və “Diaspor fəaliyyətində xidmətə görə” medalları ilə təltif edilib.  

 

05:05 11.12.2024

Oxunuş sayı: 5052

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR