Azərbaycanda tədris prosesi distant formada davam edəcək? - Açıqlama
Güclü yağışlar tələbələr və abituriyentlər üçün yeni narahatlıqlar yaradıb. Su basmış yollar gediş-gəlişi çətinləşdirir və bu səbəbdən təhsilin əyani formada davam etdirilməsi sual altına düşür. Bu halda təkliflər yaranır ki, vəziyyət ciddiləşərsə, yağıntı davam edərsə məktəblər və universitetlər tədrisi müvəqqəti olaraq onlayn rejimə keçirsinlər.

Vəziyyətlə bağlı Crossmedia.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi məsafədən təhsilə keçidin gözlənilmədiyini vurğulayıb: "Qeyri-sabit hava şəraiti artıq gözlənilmir. Yalnız aprelin 15-ə yağışlı hava olacağı gözlənilir. Bu vəziyyət dərslərə mane olmayacaq".
Ekspert bildirib ki, əgər ciddi vəziyyət yaranarsa, yəni, yağıntılar 3-4 gün davam edərsə və infrastrukturlara zərər yetirərsə o zaman onlayn tədrisə keçmək olar, lakin hazırda buna ehtiyac duyulmur.
Fatimə
20:39 07.04.2026
Oxunuş sayı: 66