Azərbaycan "Turkfest"də təmsil olunub
Azərbaycan Avstraliya İttifaqının Sidney şəhərində keçirilən “TurkFest”də təmsil olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, ölkəmizlə bərabər Türkiyə, Tatarıstan, Macarıstan və Şimali Kipr Türk Respublikası da tədbirdə iştirak edib.
Festivalda Sidneydə fəaliyyət göstərən “Avstraliya Azərbaycanlıları Assosiasiyası” tərəfindən Azərbaycana aid guşə yaradılıb və “AYTAY” musiqi qrupunun ifaları səsləndirilib.
Tədbirə Sidney şəhərinin bələdiyyə sədri Kellie Darley, Yeni Cənubi Uels əyalətinin multikultural təmsilçisi Ömer R. İncekara, Türkiyənin Sidneydəki baş konsulu Belgin Ergüneş, millət vəkili Linda Voltz və digər rəsmi qonaqlar qatılıb.
13:49 10.12.2024
Oxunuş sayı: 3413