Aktauda 31 Mart soyqırımı qurbanları anılıb
Qazaxıstanın Ş.Yesenov adına Xəzər Texnologiyalar və Mühəndislik Universitetinin nəzdindəki Azərbaycan Mərkəzində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan açıq dərs keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Mərkəzin direktoru İlkin Orucov 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba və digər bölgələrdə azərbaycanlılara qarşı törədilən kütləvi qırğınlar barədə ətraflı məlumat verib. O, bu hadisələrin Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla ilk dəfə siyasi-hüquqi qiymət aldığını diqqətə çatdırıb, gənclər üçün tarixi yaddaşın qorunmasının vacibliyini vurğulayıb.
Sonda tarixi həqiqətləri və erməni vandalizminin miqyasını əks etdirən sənədli videoçarx nümayiş olunub.
20:45 02.04.2026
Oxunuş sayı: 38