Süni intellekt qadınların işlədiyi peşələrdə təhlükə yaradır
ABŞ-də aparılan araşdırmaya görə, süni intellektin (AI) təhdid etdiyi peşələrdə çalışanların 86%-i qadınlardır.
Crossmedia.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Belə ki, araşdırmanı GovAI və Brookings İnstitutu aparıb. Mütəxəssislər süni intellektin hansı peşələrə nə dərəcədə təsir etdiyini öyrəniblər və nəticələr göstərir ki, avtomatlaşdırmanın yaratdığı risklər cəmiyyətə bərabər yayılmayıb:
Məlumata görə, işçilərinin 77%-i qadın olan tərcüməçilik peşəsi “çox yüksək” risk altında hesab olunub.İşçilərinin 95%-i qadın olan rəhbər köməkçilərinin peşəsi də “yüksək” risk altında qiymətləndirilib.Lakin işçilərinin 78%-i qadın olan uçuş heyəti və 88%-i qadın olan köməkçi tibb bacıları üçün risk nisbətən “aşağı”dır.
Bildirək ki, araşdırma süni intellektin inkişafının iş həyatında xüsusilə qadınların işlədiyi sahələrə ciddi təsir göstərə biləcəyini ortaya qoyur.
Fatimə
19:25 27.03.2026
Oxunuş sayı: 44