Praqada “Rus evi”nə hücum: Rusiya Çexiyaya etiraz notası verdi
Rusiya Xarici İşlər Nazirliyi Praqada yerləşən Rusiya Elm və Mədəniyyət Mərkəzinə (“Rus evi”) edilən hücumla bağlı Çexiyaya rəsmi etirazını bildirib.
Crossmedia.az xəbər verir ki, məlumatı TASS agentliyi yayıb.
Hadisə ilə əlaqədar Çexiyanın Moskvadakı səfiri Daniel Koştoval Rusiya XİN-ə çağırılıb.
XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, martın 26-da axşam saatlarında mərkəzin binasına yandırıcı qarışıq olan butulkalar (“Molotov kokteylləri”) atılıb. Rusiya tərəfi baş verənləri qətiyyətlə pisləyib və ciddi narahatlığını ifadə edib.
Faktla bağlı araşdırma aparılır, hücumu törədən şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
18:05 27.03.2026
Oxunuş sayı: 50