Orbandan Ukrayna ilə bağlı qalmaqallı iddialar
Macarıstanın Baş naziri Viktor Orban Ukrayna rəhbərliyinə qarşı sərt açıqlamalar verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. O bildirib ki, milyardlarla dollar yalnız Qərbdən Ukraynaya yönəlməyib, eyni zamanda vəsaitlərin bir hissəsi əks istiqamətdə geri qaytarılıb.
Orban bu iddiaları “Volodomir Zelensknin şkafından skeletlər tökülür” ifadəsi ilə şərh edib.
Bundan əvvəl "Just the News" nəşri xəbər vermişdi ki, 2024-cü il ABŞ prezident seçkiləri ərəfəsində Ukrayna hakimiyyəti təmiz enerji layihələri üçün ayrılmış yüz milyonlarla dolların Vaşinqtona qaytarılmasını planlaşdırıb. İddiaya görə, bu vəsaitin Co Baydenin seçki kampaniyasının maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulurdu.
17:07 27.03.2026
Oxunuş sayı: 1628