Fuad Oktay: İrandan Azərbaycana və Türkiyəyə qarşı raket atışlarının sifarişçisini müəyyən etmək üçün araşdırma aparılır
İrandan Azərbaycana və Türkiyəyə qarşı raket atışları əmrini verən şəxsin şəxsiyyəti araşdırılır.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri Fuad Oktay bildirib.
Onun sözlərinə görə, bu hücumlar İrana heç bir fayda gətirmir: "Biz bu məsələni tez-tez Azərbaycanla müzakirə edirik. İranın Azərbaycana və Türkiyəyə qarşı raket atışları heç vaxt baş verməməli idi. Çünki Azərbaycan və Türkiyə bu müharibənin mənasızlığını ən sərt şəkildə bəyan edən ölkələr arasındadır.
İran bu iki ölkəyə hücumlardan heç bir fayda əldə etmədiyi üçün təxribat ehtimalı da ciddi şəkildə araşdırılır. Məsud Pezeşkian həmçinin bu hücumların İran tərəfindən həyata keçirilmədiyini bildirib."
Fuat Oktay raket atışlarını əmr edənlərin müəyyən edilməsinin vacibliyini vurğulayıb:
"Bəli, raketin İran ərazisindən atıldığı məlumdur və düyməni bir iranlının basması mümkündür. Lakin ən vacib məsələ həmin düymənin basılmasını əmr edənin müəyyən edilməsidir", - deyə o qeyd edib.
20:34 27.03.2026
Oxunuş sayı: 43