Ermənistan və Fransa hərbi əməkdaşlığı müzakirə edib
Ermənistanın müdafiə naziri Suren Papikyan Parisdə Fransanın baş naziri Sebastyan Lekornu və fransalı həmkarı Maria Votrin ilə ayrı-ayrı görüşlər keçirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tərəflər hərbi-texniki əməkdaşlıq proqramlarını, hərbi təhsili, peşəkar yenidən hazırlığı və məsləhət dəstəyini müzakirə ediblər.
Görüşdən sonra nazirlər müdafiə potensialının gücləndirilməsinə yönəlmiş birgə təşəbbüsləri davam etdirmək barədə razılığa gəliblər.
20:25 27.03.2026
Oxunuş sayı: 47