ABŞ konqresmenlərindən Rusiya deputatlarına qeyri-adi hədiyyə
ABŞ konqresmenləri rusiyalı deputatlara maraqlı hədiyyələr təqdim ediblər.
Crossmedia.az bu barədə "Tass" a istinadən xəbər verir.
Hədiyyələr arasında ABŞ Prezidenti Donald Trampın şəkli olan corablar və konqresmen Anna Paulina Lunanın şəxsi it nişanı da yer alıb.
Buna cavab olaraq Dövlət Duması sədrinin müavini Boris Çernışov amerikalılara Apollo–Soyuz missiyasının heyət üzvlərinin imzaları ilə hazırlanmış xüsusi açıqca hədiyyə edib.
16:50 27.03.2026
Oxunuş sayı: 2053