Şimali Koreya liderindən kəskin bəyanat
Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya ilə bağlı sərt bəyanatla çıxış edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Kim Çen In Cənubi Koreyanı rəsmi şəkildə Koreya Xalq Demokratik Respublikasına düşmən dövlət elan edib.
O bildirib ki, Pxenyan ölkəyə qarşı yönəlmiş istənilən addıma tərəddüdsüz və sərt cavab verəcək.
“Biz Cənubi Koreyanı, respublikamıza təsir edən hər hansı bir hərəkətə görə, ən kiçik tərəddüd etmədən amansız bir bədəl ödəməyə məcbur edəcəyik”, – deyə Kim Çen In vurğulayıb.
11:25 24.03.2026
Oxunuş sayı: 105