Səfəvi: Danışıqlar ABŞ üçün vaxt qazanmaq cəhdidir
Aparılan danışıqlar ABŞ üçün vaxt qazanmaq məqsədi daşıya bilər.
Crossmedia.az xəbər verir ki, bunu İran ali hərbi şurasının sədri Yahya Rəhim Səfəvi deyib.
Onun sözlərinə görə, İran ABŞ-nin əvvəlki bəyanatlarına inanmır və keçmiş təcrübə etimadın formalaşmasına imkan vermir.
Səfəvi əlavə edib ki, ehtimal olunan quru müdaxiləsi ciddi nəticələr doğura bilər və belə bir addım atılacağı təqdirdə regionda vəziyyət daha da gərginləşə bilər.
O, müharibənin davam edəcəyini də vurğulayıb.
22:40 23.03.2026
Oxunuş sayı: 55