Trampın İran açıqlaması neft bazarını silkələdi
ABŞ Prezidenti Donald Trampın İranla danışıqlara başlamaq niyyətini açıqlamasından sonra enerji bazarlarında dalğalanma müşahidə olunub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bu fonda Azərbaycanın “Azeri Light” markalı xam neftinin qiyməti təxminən 6 faiz ucuzlaşaraq 116,05 dollar/barelə enib.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir bareli üçün baza qiyməti 65 dollar səviyyəsində götürülüb. Ekspertlər bildirirlər ki, mövcud qiymətlər hələ də büdcə üçün nəzərdə tutulan göstəricidən xeyli yüksək olaraq qalır.
10:25 24.03.2026
Oxunuş sayı: 42