Trampdan Ukraynaya xəbərdarlıq: Yardım dayandırıla bilər
ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı sərt mövqe nümayiş etdirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, o, Ukrayna Silahlı Qüvvələri Donbasdan geri çəkilməzsə, Kiyevə göstərilən bütün yardımların dayandırıla biləcəyi ilə hədələyir.
ABŞ administrasiyası bu addım qarşılığında Ukraynaya geniş vədlər verir. Lakin Kiyev bu təklifləri qəbul etməzsə, Vaşinqton diqqətini digər məsələlərə, ara seçkilərə və ya İranla mümkün qarşıdurmaya yönəldə bilər.
Mənbələr bildirir ki, ABŞ dəstəyinin itirilməsi ehtimalı müharibə dövründə əvvəlkindən daha real görünür.
13:18 24.03.2026
Oxunuş sayı: 49