ABŞ–İran danışıqları: İsrail masada yoxdur
ABŞ və İran arasında mümkün danışıqlarla bağlı yeni detallar açıqlanıb.
Crossmedia.az bu barədə “Semafor” nəşrinə istinadən xəbər verir ki, İsrail bu danışıqlarda birbaşa iştirak etmir. Buna baxmayaraq, rəsmi Təl-Əviv müzakirələrin gedişi ilə bağlı Vaşinqtondan mütəmadi şəkildə məlumatlandırılır.
Mənbələrin bildirdiyinə görə, dialoq prosesində ABŞ-ın xüsusi nümayəndəsi Steve Witkoff və keçmiş prezidentin müşaviri Jared Kushner əsas fiqurlar kimi iştirak edir.
Eyni zamanda, zərurət yaranarsa ABŞ-ın vitse-prezidenti J. D. Vance-in də danışıqlara cəlb oluna biləcəyi qeyd olunur.
Hazırda tərəflər arasında mümkün diplomatik təmaslar qeyri-rəsmi və dolayı kanallar vasitəsilə davam edir, lakin proses ətrafında ziddiyyətli açıqlamalar qalmaqdadır.
10:38 24.03.2026
Oxunuş sayı: 55